"Neftçi" - "Qarabağ" oyununda baş verən insidentlə bağlı cinayət işi açılıb.
Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, fevralın 19-da “Bakcell Arena” stadionunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda hər iki klubun azarkeşləri arasında baş verən insidentlə bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Sonradan isə əməl Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və zor tətbiq etmə ) maddəsinə tövsif olunub.Hazırda Bakı Şəhər Prokurorluğu tərəfindən ibtidai istintaq aparılır.
Qeyd edək ki, oyun 1:0 hesabı ilə "Qarabağ" komandasının qələbəsi ilə bitib.