“Vogue Russia” jurnalının keçmiş baş redaktoru Alena Doletskaya 2024-cü il Avropa çempionatının finalını şərh edən “Match TV”nin aparıcıları Konstantin Geniç və Dmitri Şnyakinin işdən çıxarılmasını istəyib.
Qaziler.az xəbər verir ki, bu barədə Alena Doletskaya öz teleqram kanalında paylaşım edib.
“Hey, dostlarım, İspaniya? İngiltərə? Biz kimə azarkeşlik edirik? Yalvarıram, futbol şərhçiləri Geniç və Şnyakini qovun, onlar futbol üçün biabırçılıqdır, rus dilindəkı danışıqları qulaq üçün təhqirdir”, - Doletskaya yazıb.
Qeyd edilib ki, 2024-cü il Avropa çempionatının final oyununda İngiltərə və İspaniya milliləri qarşılaşıb. Berlinin “Olimpiaştadion” stadionunda keçirilən görüş 2:1 hesabı ilə ispanların xeyrinə başa çatıb.
QAZİLER.AZ