Azərbaycan İdman Akademiyasının futzal komandası Macarıstanın Debretsen şəhərində tələbələr arasında keçirilən 5-ci Avropa Universitet Oyunlarında dörddəbir finala yüksəlib.
QAZÌLER.AZ AZƏRTAC-a istinaden xəbər verir ki, qrup mərhələsində ardıcıl olaraq Macarıstan, Almaniya və Polşanı məğlub edən kollektiv adını növbəti raunda yazdırıb.
Azərbaycan təmsilçisinin 1/4 finaldakı rəqibi bugünkü oyunlardan sonra bəlli olacaq.
Qeyd edək ki, 5-ci Avropa Universitet Oyunları iyulun 18-də başa çatacaq.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
