Azərbaycan gimnastları beynəlxalq turnirdə 8 medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə 8 medal qazanıblar backend

Azərbaycan idmançıları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində 8 medal qazanıblar.

QAZÌLER.AZ   AZƏRTAC-a istinaden verdiyi  məlumata görə, bunlardan 6-sı qızıl, 1-i gümüş, 1-i bürünc mükafatdır.

Tamblinq üzrə yarışda Adil Hacızadə və Aleksey Karataşov qızıl, Tofiq Əliyev isə gümüş medal qazanıb. Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Batut və ikili mini-batut gimnastikası üzrə hərəkətlərin icrasında Hüseyn Abbasov iki, Ammar Baxşalıyev bir qızıl, Nicat Mirzəyev isə bürünc mükafata yiyələnib.

Qeyd edək ki, “Scalabis Cup” iyulun 11-dən 13-dək davam edib.

Diaspora