Makqreqor Həbib haqqında: "O, Rusiyaya xəyanət etdi"

Makqreqor Həbib haqqında:  "O, Rusiyaya xəyanət etdi" backend

"Ultimate Fighting Championship" (UFC) yarışının keçmiş çempionu Konor Makqreqor öz sosial şəbəkəsində Həbib Nurməhəmmədovun qohumları ilə yollarını ayıracağı təqdirdə UFC-dən ayrılacağına söz verdiyi arxiv sitatını xatırladıb.

Qaziler.az bu barədə "gazeta.ru"ya istinadla xəbər verir. 

Konor bildirib ki, o vaxtdan Həbib Rusiyanı tərk edib, Rusiyaya xəyanət edib, Rusiyadan qaçıb, anasını, qohumlarını və həyat yoldaşını geridə qoyub. Lakin Makqreqor daha sonra paylaşımını silib.

Həbib Nurməhəmmədov son döyüşünü 2020-ci ilin payızında amerikalı Castin Qetjini məğlub edərək keçirib. Döyüşdən dərhal sonra o, anasına atası olmadan döyüşməyəcəyinə söz verərək, peşəkar karyerasını tərk etdiyini açıqlayıb. Nurməhəmmədov karyerasını bitirdikdən sonra “Eagle FC” döyüş klubunu təsis edib.

QAZİLER.AZ

Diaspora