UEFA-dan Merih Demirala iki oyunluq cəza - TFF CAS-a şikayət edəcək

UEFA-dan Merih Demirala iki oyunluq cəza - TFF CAS-a şikayət edəcək backend

Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərən Türkiyə yığmasının üzvü Merih Demiralın cəzası açıqlanıb.

Qaziler.az bildirir ki, UEFA Avstriya ilə oyunda "bozqurd" işarəsi ilə qolu qeyd edən Türkiyə millisinin futbolçusu Merih Dəmirala 2 oyunluq cəza verib. Türkiyə Futbol Federasiyası (TFF) bu cəza ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək.

Avropa çempionatının 1/8 finalında Avstriyanı 2:1 hesabı ilə məğlub edən Milli Komandanın qollarını Merih Dəmiral vurub.

Dəmiral qolu vurduqdan sonra göstərdiyi "bozqurd" işarəsi böyük səs-küyə səbəb olub.

QAZİLER.AZ

 

Diaspora