20 yaşadək güləş üzrə Avropa çempionatında rəqibini məğlub edərək qızıl medal qazanan Alperen Berber qələbəsini "bozqurd" işarəsi ilə qeyd edib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşadək gənclər arasında güləş üzrə Avropa çempionatında türkiyəli güləşçi Alperen Berber yunan-Roma güləşi üzrə 82 kiloqram çəki dərəcəsində finalda azərbaycanlı İsmayıl Rzayevə 8:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Güləşçi qələbəsini tarixi türk simvollarından olan "bozqurd" işarəsi ilə qeyd edib.
Xatırladaq ki, bir qədər əvvəl Türkiyə yığmasının üzvü Merih Demiral Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməklə qələbəyə sevincini nümayiş etdirmişdi.
QAZİLER.AZ