Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Avstriya və Türkiyə milli komandaları üz-üzə gəlib.
Qaziler.az xəbər verir ki, gərgin keçən qarşılaşmada "ay-ulduzlular" qələbə qazanıb - 2:1.
Türkiyə millisinin heyətində 1-ci və 59-cu dəqiqələrdə fərqlənən Merih Demiral dubl edib. 66-cı dəqiqədə avstriyalılardan Mixael Qreqoriç hesab arasındakı fərqi azaldıb.
Qələbə qazanan Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.
00.25
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.
Qaziler.az bildirir ki, ikinci hissənin 65-ci dəqiqəsində Avstriya millisi hesabı 2-1-ə endirib.
Üçüncü qolu 66-cı dəqiqədə Mixael Qreqoriç vurub.
00.18
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.
Qaziler.az bildirir ki, ikinci hisədə Türkiyə millisi hesabı 2-0-a çatdırıb.
İkinci qolu 59-cu dəqiqədə Merih Demiral vurub.
23.05
Bu gün Avro-2024-də 1/8 final mərhələsinə yekun vurulacaq.
QOL.az xəbər verir ki, 4-cü oyun gününə nəzərdə tutulan 2 matçdan biri başa çatıb.
"Allianz Arena"da Rumıniya Niderlandla qarşılaşıb. Almaniyalı Feliks Zvayerin idarə etdiyi görüş Niderland 3:0 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib. "Narıncılar" bu mərhələdə Avstriya - Türkiyə matçının qalibi ilə qarşılaşacaq.
Digər oyun isə "Red Bull Arena"da keçiriləcək. Burada qardaş ölkə Türkiyənin milli komandası Avstriya ilə üz-üzə gələcək. Matçı portuqaliyalı FİFA referisi Artur Diaş idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, bunadək artıq 1/4 finalın 3 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə, Fransa isə Portuqaliya ilə üz-üzə gələcək.
Avro-2024, 1/8 final
23:00. Avstriya - Türkiyə - 0:1 (Birinci hissə)
Qol: Merih Demiral, 1
Baş hakim: Artur Diaş (Portuqaliya)
"Red Bull Arena"
20:00. Rumıniya - Niderland - 0:3
Qollar: Kodi Qakpo, 83, Donyell Malen, 83, 90+3
Baş hakim: Feliks Zvayer (Almaniya)
"Allianz Arena"