AVRO-2024: Niderland Rumıniyanı məğlub edərək ¼ final mərhələsinə çıxıb

AVRO-2024: Niderland Rumıniyanı məğlub edərək ¼ final mərhələsinə çıxıb backend

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Rumıniya və Niderland milli komandaları üz-üzə gəlib.

Apa xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada Niderland millisi rəqibini məğlub edib – 0:3.

Oyunda hesabı 20-ci dəqiqədə Kodi Hakpo açıb.

Matçın ikinci qolunu 83-cü dəqiqədə Daniell Malen vurub.

90+3-cü dəqiqədə Daniell Malen ikinci dəfə fərqlənərək qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.

Bununla da Niderland milli komandası Avropa çempionatının ¼ final mərhələsinə yüksəlib.

 

Diaspora