2024-cü il Avropa çempionatının 1/8 final mərhələsində Sloveniya millisinin azarkeşləri tribunadan argentinalı futbolçu Lionel Messinin köynəyini nümayiş etdirməklə Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştiano Ronaldoya gülüblər.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Portuqaliyalılar Real Madriddə, argentinalılar isə Barselonada oynayanda Ronaldo və Messi üz-üzə gəlib.
İyulun 1-də Portuqaliya yığması Sloveniya yığmasını məğlub edib. Əsas vaxt 0:0 hesabı ilə başa çatıb, Ronaldo penaltini qola çevirə bilməyib. Yan Oblakın zərbəni dəf etdikdən sonra Ronaldo göz yaşlarını saxlaya bilməyib.
QAZİLER.AZ