UFC-nin keçmiş çempionu Konor Makqreqor sosial şəbəkələrdə Həbib Nurməhəmmədovun hesablarının Federal Vergi Xidməti tərəfindən dondurulduğu barədə məlumatı cavablandırıb.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.
“Dilənçi və qaçaq. Onu görsəniz, ona pul qarşılığında şınav (jim etmək) çəkməyi təklif edin. Eşitdim ki, o, hazırda Dubayda küçə tualetində yaşayır”, – Makqreqor yazıb.
Həbib Nurməhəmmədovun həbs edilməsinə səbəb idmançının 297 milyon rubl məbləğində borcu olub. Bundan əvvəl vergi məmurları Nurməhəmmədovun bir neçə şirkətini rəsmi sənədlərdəki yalan məlumatlara görə bağlamışdılar.
Qeyd edək ki, idmançı qarışıq döyüş növləri (MMA) üzrə 29 döyüş keçirib və onların hər birində qalib gəlib. 2021-ci ildə İctimai Rəy Fondunun sorğusu nəticəsində Həbib idmanda ilin adamı seçilib. 22 oktyabr 2023-cü ildə Nurməhəmmədov döyüşlə bağlı hər şeyi tərk etdiyini açıqlayıb.
QAZİLER.AZ