Qazax jurnalist Çerçesovu bağışladı: Lakin belə hal təkrarlanarsa...

Qazax jurnalist Çerçesovu bağışladı: Lakin belə hal təkrarlanarsa... backend

Qazaxıstanlı bloger və jurnalist Nursultan Kurman yeni baş məşqçi Stanislav Çerçesovla arasında yaşanan insidentdən danışıb.

QAZÌLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, Kurman rusiyalı mütəxəssisi bağışladığını bildirib.

“Uzaqdan gələn qonaq olduğu üçün ona hörmət edirəm. Bununla belə, mən daim qazax dilində suallar verməyə çalışıram. Bu dəfəki epizodu zarafat kimi də qəbul etmək olar. Mətbuat konfransından sonra KFF-nin (Qazaxıstan Futbol Federasiyası) prezidenti Adlet Barmenkulova, onun müşaviri, eləcə də federasiyanın media xidmətinə narazılığımı bildirdim. Səhv etməyən insanlar yoxdur. Mən onu bu səhvinə görə bağışlayıram. Növbəti dəfə belə hal təkrarlanarsa, başqa tədbirlər görəcəyik. Mətbuat konfransından sonra liftdə Stanislav Çerçesovla görüşdüm, orada əl sıxdıq və o, səhvini etiraf etdiyini açıq şəkildə bildirdi. Bəli, onun ünsiyyət tərzinə tez-tez zarafatlar daxildir, lakin dil və millət məsələlərində oynaya bilməz”, - deyə Kurman əlavə edib.

Xatırladaq ki, iyunun 26-da Astanada Qazaxıstan Futbol Federasiyasının prezidenti Adlet Barmenkulov və Qazaxıstan millisinin yeni baş məşqçisi Stanislav Çerçesovun iştirakı ilə mətbuat konfransı keçirilib. Bloger ona qazax dilində sual verəndə Çerçesov hiddətlənib.

Diaspora