“Neftçi”nin 2 oyunçusu cəzalandırıldı

“Neftçi”nin 2 oyunçusu cəzalandırıldı backend

“Neftçi” 2 futbolçusunu cəzalandırıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əsas heyətin oyunçuları – Samir Məsimov və Məhəmməd Qurbanov əvəzedici heyətə göndərilib.

Topaz Premyer Liqasının IX turu çərçivəsində keçirilmiş AZAL - “Neftçi” matçında Samir Məsimov və Məhəmməd Qurbanov peşəkar səviyyələrindən aşağı çıxış etdikləri üçün məşqçilər korpusunun təqdimatına əsasən əsas komandadan kənarlaşdırılaraq, əvəzedici heyətə göndəriliblər.
Diaspora