Həbib Nurməhəmmədov Dağıstandakı terror aktından sonra çağırış etdi

Həbib Nurməhəmmədov Dağıstandakı terror aktından sonra çağırış etdi backend

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Mahaçqaladakı terror aktı nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bu barədə o “İnstaqram” səhifəsində paylaşım edib. O, hər kəsi ətrafını qiymətləndirməyə, eləcə də ruhların tərbiyəsi ilə məşğul olmağa çağırıb. Onun sözlərinə görə, bu, orqanizmi təkmilləşdirməkdən qat-qat vacibdir.

“Bütün həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Allah hamımızı belə vəziyyətlərdən qorusun, başımızın üstündə sülh səması nəsib etsin. Özünüzün və yaxınlarınızın qayğısına qalın, hər kəs ətrafına və uşaqlarına, kimlərlə ünsiyyət qurduqlarına və ətrafına baxsın. Ruhların tərbiyəsi bədənin tərbiyəsindən daha vacibdir", - Nurməhəmmədov yazıb.

QAZİLER.AZ

Diaspora