“MMA döyüşçüsü Ceff Monson yerli parlamentin deputatı olduğu üçün Başqırdıstan sakinləri ilə daha yaxşı inteqrasiya etmək məqsədilə İslamı qəbul edib”.
Qaziler.az bildirir ki, bunu politoloq Sergey Markov “NEWS.ru” ilə söhbətində deyib. Ekspert qeyd edib ki, o, idmançının dinini dəyişmək qərarına müsbət münasibət bəsləyir.
“Mən Ceff Monsonun dinini dəyişmək qərarına müsbət yanaşıram. İndi o, kifayət qədər dinamik, yeni həyata başlayıb. Axı o, vətəndaşlarının əksəriyyəti müsəlman olan Başqırdıstanda deputatdır. Yəqin, daha yaxşı inteqrasiya etmək üçün o, bu qərarı verib”, - Markov bildirib.
Politoloq aydınlaşdırıb ki, islamı qəbul etmək qərarını açıqlamazdan əvvəl Monson Fələstin məsələlərinə həsr olunmuş uzun çıxış edib. İdmançı bu münaqişənin ona çox təsir etdiyini vurğulayıb.
Xatırladaq ki, C.Monson 2013-cü ildən Rusiyada yaşayır. Daha sonra o, Rusiya vətəndaşlığını alıb və ABŞ vətəndaşlığından imtina edib.
QAZİLER.AZ