İsrail və Fələstin idmançılarının Olimpiya Oyunlarında necə iştirak edəcəkləri məlum olub

İsrail və Fələstin idmançılarının Olimpiya Oyunlarında necə iştirak edəcəkləri məlum olub backend

Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax bildirib ki, Parisdə keçiriləcək Olimpiya Oyunlarında İsrail və Fələstin idmançıları münaqişələrdən qaça biləcəklər.

Qaziler.az bu barədə TASS-a istinadla məlumat verir.

Funksionerin sözlərinə görə, hər iki ölkənin idmançıları oraya dinc missiya ilə gələcək və artıq “Olimpiya ruhuna sadiq olduqlarını” açıq şəkildə bəyan ediblər.

“Danışıq zamanı hər iki Milli Olimpiya Komitəsi bizə açıq şəkildə bildirdi ki, onlar olimpiya ruhuna, anlaşma və sülh Olimpiya missiyasına sadiqdirlər və Parisə belə hisslərlə gələcəklər”, - Bax deyib.

QAZİLER.AZ

Diaspora