Messi onu futbol oynamağa qoymayan qonşularından danışıb

Messi onu futbol oynamağa qoymayan qonşularından danışıb backend

Argentinalı hücumçu Lionel Messi Fransanın “PSJ” futbol klubunda çıxış etdiyi zaman qonşuları ilə problemlərlə üzləşdiyini deyib.

Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla yazır.

“Parisdə qonşular axşam saat doqquz-onda qapını döyərdilər. Deyərdilər ki, mənim uşaqlarım futbol oynamamalıdır. Qonşular bizi narahat edirdi. Bu da meydandakı çıxışlara təsir etdi”, - deyə Messi bildirib.

Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. O, ikiqat Fransa çempionu olub.

QAZİLER.AZ

Diaspora