Ukrayna Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək verdiyinə görə Rusiyadan üç və Belarusdan bir idmançının Parisdə keçirilən olimpiya oyunlarında güləş turnirinə buraxılmamasını tələb edib.
Qaziler.az bildirir ki, bu barədə iyunun 12-də Ukrayna Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.
Ukrayna rəsmilərinin sözlərinə görə, söhbət rusiyalı idmançılar Dinara Kudaeva, Natalya Malışeva və Olqa Xoroşavtsevadan gedir.
Ukrayna MOK-un məlumatına görə, belaruslu İrina Kuroçkina keçən il Belarus MOK-un rəhbəri Viktor Lukaşenko ilə tədbirdə iştirak etdiyinə görə Olimpiadadan kənarlaşdırılmalıdır.
QAZİLER.AZ