Avropa Liqası: “Fənərbaxça“dan vacib qələbə, “Beşiktaş“ Moskvada xal itirdi

Avropa Liqası: “Fənərbaxça“dan vacib qələbə, “Beşiktaş“ Moskvada xal itirdi backend

Avropa Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, III tur çərçivəsində 12 qrupda 24 qarşılaşma baş tutub. Təmsilçimiz “Qəbələ”nin yer aldığı C qrupunun digər matçında PAOK “Krasnodar”ı qonaq edəcək. Qrup ikinciliyi uğrunda mübarizə aparan komandaların görüşündə heç-heçə qeydə alınıb ki, bu da təmsilçimizin işinə yarayıb.

J qrupunda “Monako” – “Qarabağ” oyunu ilə eyni vaxtda “Tottenhem” Belçikada “Anderlext”lə üz-üzə gəlib. Təmsilçimiz üçün bu matçda ən münasib nəticə qrup liderliyinə əsas namizəd olan İngiltərə klubunun səfərdə uduzmaması olardı, ancaq belçikalılar buna imkan verməyib. İngilislər oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıblar.

Qardaş Türkiyənin də iki komandası – “Fənərbaxça” ilə “Beşiktaş” növbəti sınaqlarına çıxıblar. A qrupunda sonuncu yerdə qərarlaşan birincilər “Ayaks”ı məğlub ediblər. H qrupunun ikincisi “Beşiktaş” isə hələ xal itirməyən “Lokomotiv”i Rusiyada büdrədib - 1:1.


Diaspora