Messi dünyanın ən yaxşı iki futbol komandasının adını çəkdi

Messi dünyanın ən yaxşı iki futbol komandasının adını çəkdi backend

Amerikanın "İnter Mayami" klubunda çıxış edən argentinalı futbolçu Lionel Messi bildirib ki, hazırda dünyanın ən yaxşı komandası "Real Madrid"dir.

Qaziler.az xəbər verir ki, məşhur futbolçunun sözlərini “Infobae” sitat gətirib. O, bunu klubun cari mövsümdə UEFA Çempionlar Liqasının qalibi olması ilə izah edib. Eyni zamanda, Messinin oyunda daha bir favoriti var.

“Nəticələrdən başlasaq, bu, “Real”dır, amma oyuna görə mühakimə etsək, Pep Qvardiolanın “Mançester Siti”si daha yaxşıdır”, - Messi etiraf edib.

QAZİLER.AZ

Diaspora