Rusiyalı müstəntiqlər tanınmış şahmatçı Harri Kasparova qarşı xarici agentin vəzifələrindən yayınma maddəsi ilə cinayət işi başlada bilərlər.
QAZÌLER.AZ Publika.az -a istinadən xəbər verir ki, Kasparova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi (Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma) ilə cinayət işi başlansa, o, iki ilə qədər həbs edilə və ya cərimələnə bilər.
Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyi Kasparovu 2022-ci ilin mayında xarici agentlər siyahısına əlavə edib. Martın 6-da isə şahmatçı Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxil edilib.