Rəqibə layiqli müqavimət göstərməyə çalışacağıq.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu Azərbaycan Kubokunun "Qarabağ"la final matçından öncə bu gün keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
O, ciddi rəqibə qarşı oynayacaqlarını söyləyib:
"Ajiotaj var. Bunu biletlərin satışından bilirik. Azarkeşlər oyuna maraq göstərirlər. İkinci dəfədir ki, "Qarabağ"la qarşılaşırıq. Ötən dəfə penaltilər seriyasında rəqib qazandı. Avropa Liqasının 1/8 finalına yüksəlmiş komanda ilə oynayacağıq. Rəqibə layiqli müqavimət göstərməyə çalışacağıq".
O, "Qarabağ"a qarşı oyunlarda pis çıxış etmədiklərini bildirib:
"Final matçı ilə bağlı nəsə demək çətindir. "Qarabağ"la üç oyunda pis çıxış etməmişik. Düşünürəm ki, itkilər o qədər də təsir etməyəcək. Hər kəs əlindən gələni edəcək".
Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı iyunun 2-də, saat 20.00-da "Liv Bona Dea Arena"da keçiriləcək.