"Şaxtyor" oteldən qovuldu: Avrokuboka vəsiqə verən oyunu satıblar?

"Şaxtyor" oteldən qovuldu: Avrokuboka vəsiqə verən oyunu satıblar? backend

"Şaxtyor" komandanın məskunlaşdığı Vinniki şəhərindəki oteldən çıxarılıb.

QAZÌLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş futbol şərhçisi Viktor Vatsko məlumat verib:

"Bu gün mənə "Şaxtyor"un oteldən qovulduğunu söylədilər. Çünki "Polesye" ilə qarşılaşan "Şaxtyor"un meydanda əlindən gələni etmədiyinə əmin olanlar var".

Ukrayna Premyer Liasınının final mərhələsində "Polesye" doğma meydanda "Şaxtyor"u 2:0 hesabı ilə məğlub edərək yekun cədvəldə 5-ci yeri tutub və Konfrans Liqasına vəsiqə qazanıb. "Şaxtyor"un məskunlaşdığı otelin sahibi Qriqori Kozlovskinin himayəsində olan “Lvov Rux” isə “Dinamo” ilə paralel görüşdə (1:2) məğlub olaraq avrokuboklardan kənarda qalıb. Klub sahibinin fikrincə, "şaxtaçılar" bilərəkdən uduzublar. Buna görə komandanın oteldən çıxarılmasına qərar verib.

Diaspora