“Kadis”in futbolçularını daşıyan təyyarə mühərrikində yaranan problemlər səbəbindən Sevilyada məcburi eniş edib.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, hadisə La Liqa klubunun Salvador səfəri zamanı baş verib. Uçuşa başladıqdan bir müddət sonra “Boeing 767” təyyarəsinin mühərriklərindən birində problem yaranıb. Təyyarənin kapitanı Sevilya hava limanında təcili eniş etmək qərarına gəlib.
“Öləcəyimizi düşünürdük. Təyyarənin mühərriklərindən birində kiçik partlayış oldu və bizə dedilər ki, eniş edirik. Xoşbəxtlikdən hər şey yoluna düşdü”, - deyə “Kadis”in yarımmüdafiəçisi Aleks Fernandes bildirib.