Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub.
QAZILER.AZ Publika.az-a istinaden xəbər verir ki, son oyun günündə "Qəbələ" doğma meydanda "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan matçda meydan sahibləri qələbə qazanıb - 2:0. Qarşılaşmada hesabı 50-ci dəqiqədə Osama Xalayla açıb. 87-ci dəqiqədə isə Əyyub Alaş ikinci qolu qonaqların qapısından keçirərək görüşdə yekun hesabı müəyyənləşdirib.
Bu nəticə ilə "Qəbələ" 26 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Naxçıvan təmsilçisinin isə 35 xalı var.
Qeyd edək ki, turun digər görüşlərində "Qarabağ" "Turan Tovuz"a (4:3), "Sabah" "Sumqayıt"a (2:0), "Neftçi" "Səbail"ə (3:0), "Zirə" isə "Kəpəz"ə (1:0) qalib gəlib.