Beynəlxalq Olimpiya Komitəsi Rusiyadan olan jurnalistlərə Parisdə keçirilən Olimpiadada ölkənin hər hansı simvollarından istifadə etməyi qadağan edib.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
Buraya həm Rusiyanın üç rəngi, həm də Z hərfi olan şəkillər, Müqəddəs Georgi lentləri və istənilən hərbi simvollar daxildir.
Bildirilib ki, media işçiləri neytral idmançılarla eyni tələblərə tabedir.
Parisdə keçiriləcək Olimpiya Oyunları iyulun 26-da başlayacaq və avqustun 11-dək davam edəcək. Ötən il dekabrın sonunda Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarına oyunlarda neytral statusda iştirak etməyə icazə verib. Ukraynada xüsusi əməliyyatı dəstəkləyən, Rusiya və ya Belarusun hərbi və ya milli təhlükəsizlik orqanları ilə müqavilə bağlamış idmançıların yarışlarda iştirakına isə qadağa qoyulub.
QAZİLER.AZ