Nazirlik stadionu təmənnasız AFFA-ya verdi Gənclər və İdman Nazirliyi Bakı Olimpiya Stadionunu AFFA-ya uzunmüddətli təmənnasız istifadəyə verib. Apasport.az saytının məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə assosiasiyanın Marketinq və Reklamlar Şöbəsinin müdiri Cavid Qarayev Bakı Olimpiya Stadionuna direktor təyin olunub.
Qarayev UEFA-nın Marketinq Məsləhətverici Komitəsinin üzvü, FİFA-nın MA Xidmətləri və Peşəkarlıq Proqramının (MASP) konsultantıdı.