Bu gün Azərbaycan Basketbol Liqasında növbəti finalçı müəyyənləşə bilər.
QAZILER.AZ AZƏRTAC-a istinaden xəbər verir ki, “Xəzri” və “NTD-İndiqo” komandaları yarımfinalda ikinci dəfə üz-üzə gələcəklər. “Sərhədçi” İdman Mərkəzində oynanılacaq görüş saat 19:30-da start götürəcək.
Komandalar arasında seriyanın ilk matçı “Xəzri”nin 63:61 hesablı qələbəsi ilə yekunlaşıb.
Paytaxt təmsilçisi bu gün də qələbə qazansa, adını finala yazdıracaq. Qarşılaşma Xaçmaz təmsilçisinin üstünlüyü ilə bitərsə, mayın 13-də seriyanın üçüncü matçı oynanılacaq.
Qeyd edək ki, bu cütün qalibi finalda “Sabah”ın rəqibi olacaq.