“Borussiya” Dortmund gənc yarımmüdafiəçi ilə müqavilənin müddətini uzadıb

“Borussiya” Dortmund gənc yarımmüdafiəçi ilə müqavilənin müddətini uzadıb backend

Avropa Liqasında “Qəbələ”nin rəqibi olan “Borussiya” Dortmund klubu 19 yaşlı yarımmüdafiəçi Parkal Ştençellə müqavilənin müddətini uzadıb.

AZƏRTAC Almaniya klubunun rəsmi saytına istinadla xəbər verir ki, komanda bosları və məşqçi heyəti P.Ştençeli perspektivli futbolçu kimi qiymətləndiriblər.

Dortmund təmsilçisinin idman direktoru Mixael Çorkun fikrincə, son aylarda Paskalın oyunlarında əhəmiyyətli dərəcədə nailiyyət gözə çarpmaqdadır. Bunun müqabilində gənc yarımmüdafiəçi ilə olan müqavilənin müddəti 2019-cü ilədək uzadılıb.
Diaspora