"Qarabağ"ın "Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem"in çalışdırıcısı Maurisio Poçettino ötən ay Premyer Liqanın ən yaxşı baş məşqçisi seçilib.
Qol.Az-ın məlumatına görə, argentinalı mütəxəssis ötən ayın komandası üçün fantastik keçdiyini bildirib:"Bu, təkcə mənim üçün deyil, bütün komanda üçün önəmlidir. Bəli, mükafat ən yaxşı baş məşqçiyə verilir, ancaq bunda bütün komanda üzvlərinin və azarkeşlərin əməyi var. Ötən ay komanda üçün fantastik keçdi. Premyer Liqada "Sanderlend" və "Kristal Palas" üzərində qələbələr qazandıq. Lakin ən yaxşı məşqçi seçilməyimdə "Mançester Siti" üzərindəki qələbənin mühüm rolu oldu".Qeyd edək ki, "Tottenhem" sentyabr ayında Avropa Liqasının qrup mərhələsində evdə "Qarabağ"a 3:1 hesabı ilə qalib gəlib.