Türkiyə Superliqasında 34-cü turun növbəti oyunları baş tutub.
QAZİLER.AZ Lent.az-a istinadən xəbər verir ki, günün mərkəzi qarşılaşmasında “Fənərbağça” doğma meydanda “Beşiktaş”ı qəbul edib.
İstanbul derbisi "sarı lacivərdlər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində 30-cu dəqiqədə Mişi Batşuayi, 69-cu dəqiqədə Can İrfan fərqləniblər.
Qonaqların yeganə qoluna 82-ci dəqiqədə Cenk Tosun imza atıb.
Günün digər görüşlərində isə “Kasımpaşa” “Samsunspor”u 1:0, “Sivasspor” “Konyaspor”u 1:0, “Başakşəhər" “Hatayspor”u 2:1 hesabı ilə üstələyib.
Turnir cədvəlinə 93 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbağça" isə 89 xalla ikinci pillədə qərarlaşıb