Fransanın keçmiş futbolçusu “Pfizer”i məhkəməyə verib

Fransanın keçmiş futbolçusu “Pfizer”i məhkəməyə verib backend

Fransanın gənclərdən ibarət milli komandasının keçmiş oyunçusu Fransua-Xavier Fumu Tamuzo bildirib ki, onun aldığı zədələrlə COVID-19 peyvəndi arasında əlaqə ola bilər.

Qaziler.az bildirir ki, bu barədə “France Bleu” məlumat yayıb.

Futbolçunun sözlərinə görə, koronavirusa qarşı peyvənd olunduqdan sonra səhhətində problemlər yaranmağa başlayıb və bu səbəbdən 29 yaşında idman karyerasını bitirmək məcburiyyətində qalıb. İndi Tamuzo koronavirusa qarşı peyvəndlər hazırlayan “Pfizer” və “BioNTech” əczaçılıq şirkətlərini məhkəməyə verib. Futbolçu həqiqətən travmaları ilə peyvəndlər arasında əlaqənin olub-olmadığını müəyyən etmək və aşkarlanacağı təqdirdə təzminat almaq istəyir.

Tamuzonun sözlərinə görə, o, “Pfizer” peyvəndinin ilk dozasını 2021-ci il iyulun 30-da, ikincisini isə avqustun 23-də alıb. Futbolçu iddia edir ki, bundan dərhal sonra dizində şiddətli ağrılar və vətərində iltihablanma başlayıb. İdmançının dediyinə görə, peyvəndin üçüncü dozasından sonra onda “Axilles” vətərinin qopması baş verib.

QAZİLER.AZ

Diaspora