Qazaxıstan və Qırğızıstan boksçuları döyüşdən əvvəl oteldə dava etdilər - VİDEO

Qazaxıstan və Qırğızıstan boksçuları döyüşdən əvvəl oteldə dava etdilər -  VİDEO backend

Boksçular arasında münaqişə yaranıb

Qaziler.az qırğız mətbuatına istinadən bildirir ki,  Qazaxıstan və Qırğızıstandan olan boksçular döyüşdən əvvəl aralarında yaranan münaqişə səbəbindən dava ediblər.

Sosial şəbəkələrdə hadisənin videogörüntüsü yayılıb.

Əvvəllər döyüşçülər arasında münaqişə yaranıb, bu zaman qazax idmançı qırğızı döyüşdən qaçmaqda günahlandırıb və onu qorxaq adlandırıb. 26 yaşlı qırğızıstanlı rəqibinin çox danışdığını deyib və onu otelinə dəvət edib.

38 yaşlı qazax boksçusu Anuarbek Bekembetov Marsel Nurlanbekovun qaldığı otelə gəlib. Beləliklər idmançılar arasında sözlü münaqişə əlbayaxa davaya çevrilib.

Qeyd edək ki, hər iki döyüşçü sabah, aprelin 26-da Almatıda keçiriləcək “NAİZA 59” turnirində üz-üzə gələcək.

QAZİLER.AZ
Diaspora