Futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində keçiriləcək “Monako” (Fransa) – “Qarabağ” (Ağdam) oyununu danimarkalı hakimlər briqadası idarə edəcək.
AZƏRTAC xəbər verir ki, matçın baş hakimi Yakob Kelet olacaq. Ona Henrik Larsen və Heyne Sorensen yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə Lars Hummelqaard yerinə yetirəcək.
“Monako” – “Qarabağ” matçı oktyabrın 22-də saat 22:00-da “Lui II” stadionunda start götürəcək.