Ukrayna Rusiya cüdoçularının Avropa çempionatına buraxılmamasını tələb edib

Ukrayna Rusiya cüdoçularının Avropa çempionatına buraxılmamasını tələb edib backend

Ukrayna Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Cüdo Federasiyasını (IJF) bir sıra rusiyalı idmançıların Avropa çempionatında iştirakını dayandırmağa çağırıb.

Qaziler.az bildirir ki, müvafiq sənəd aprelin 18-də ölkənin Milli Olimpiya Komitəsinin (MOK) saytında dərc olunub.

Müraciətin mətnində vurğulanır ki, bəzi idmançılar “bitərəflik tələblərini pozurlar”.

“Xüsusən, söhbət Mədinə Taymazova, İnal Tasoev, Yaqo Abuladze, Arman Adamyan, Danil Lavrentiev, Mahmudbek Mahmudbekov, Mixail İqolnikov, Matvey Kanikovski, Tamerlan Başayev, Qlafira Borisov, Kseniya Qalitskaya,Dali Liluaşvili, Kamilə Badurova, Elis Startsev, Ramazan Abdulayevdən gedir”, - sənəddə deyilir.

Müraciət BOK prezidenti Tomas Bax və IJF sədri Marius Vizerə ünvanlanıb.

Aprelin 25-dən 28-dək Xorvatiyada cüdo üzrə Avropa çempionatı keçiriləcək. Turnirdə rusiyalı idmançılar neytral statusda çıxış edəcəklər.

Yarış iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Olimpiya Oyunlarına təsnifat mərhələsidir.

QAZİLER.AZ

Diaspora