Tiflisdə FİDE Qran-Prisinin 5-ci turunun oyunları keçirilib.Hesabat turunda qeydə alınan nəticələrdən sonra azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov liderlərdən bir qədər də aralı düşüblər.
Məmmədyarov turnirdə ardıcıl 2-ci, ümumilikdə isə 3-cü məğlubiyyətini alıb. O, bu dəfə gürcü Baadur Cobavaya məğlub olub.Rəcəbov isə 5-ci partiyasını da heç-heçə başa vurub. Bu dəfə fransız Maksim vaşye-Laqravla.
5 turdan sonra Teymurun 2,5, Şəhriyarın isə 2 xalı var.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
