Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna layiq görülüb.
QAZILER.AZ Axar.az-a istinaden verdiyi məlumata görə, 48 kiloqram çəkidə mübarizə aparan idmançı bu uğura Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında keçirilən qitə birinciliyində imza atıb.
O, finalda Oleksandr Zveryevlə (Ukrayna) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala yiyələnib və Poreçdə Azərbaycanın Dövlət Himnini səsləndirib.
Qeyd edək ki, final mərhələsinin axşam sessiyasında Ömər Aslanlı (54 kiloqram) Maksim Çekinlə (Ukrayna) üz-üzə gələcək.
***
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi olub.
Yığmamızın heyətində 54 kq çəki dərəcəsində Ömər Aslanlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda ukraynalı Maksim Çekinlə üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib