Velosipedçimiz Fransada 5-ci oldu

Velosipedçimiz Fransada 5-ci oldu backend

Azərbaycan velosipedçisi Yelena Pavluxina Fransada keçirilən birgünlük "Chrono des Nations" veloyürüşündə 5-ci yeri tutub və bununla da Rio-2016-ya 30 lisenziya xalı qazanıb. Bu barədə Trend-ə Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat veriblər.


Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən və fərdi ötüşmə sistemi üzrə keçirilən yarışda iştirakçılar 21 km məsafə qət ediblər.

Velosipedçimiz bu məsafəni 29 dəqiqə, 31 saniyəyə qət edib. Hazırda Yelena Pavluxinanın aktivində ümumilikdə 53 reytinq xalı var.
Diaspora