"Real"ın futbolçusu Luka Modriç zədəsini tam sağaldıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı yarımmüdafiəçi artıq komanda ilə ümumi məşqlərə başlayıb.Onun yaxın günlərdə matçlarda iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, L.Modriç "Avro-2016"nın seçmə mərhələsində İtaliyaya qarşı ötən ilin noyabr ayında keçirilən matçda zədələnib.