"Trabzonspor" darmadağınla qalib gəldi

"Trabzonspor" darmadağınla qalib gəldi backend

Türkiyə Superliqasında 29-cu turun növbəti oyunları keçirilib.

QAZILER.AZ  Axar.az-a istinaden xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" səfərdə "Konyaspor"la qarşılaşıb. Yığmanın qapıçısının əsas heyətdə oynadığı görüş 2:2 hesabı ilə yekunlaşıb.

“Trabzonspor” isə doğma meydanda “Fatih Karagümrük”lə üz-üzə gəlib. Hesabı İstanbul təmsilçisi açsa da, “Bordo-mavililər” geridönüş edərək üç xala 5 qolla nail olub - 5:1.

Günün digər oyunlarında “Alanyaspor” “Sivasspor”u 2:1, “Başakşəhər” isə “Antalyaspor”u 1:0 hesabları ilə məğlub edib.

Qeyd edək ki, turnir cədvəlinə 78 xalla “Qalatasaray” başçılıq edir. Bir oyun az keçirən “Fənərbağça” 73 xalla 2-ci, 49 xalı olan “Trabzonspor” isə üçüncü pillədə qərarlaşıb.

 

Diaspora