İngiltərə Premyer Liqası: “Arsenal” liderliyə yüksəlib

İngiltərə Premyer Liqası: “Arsenal” liderliyə yüksəlib backend

Ingiltərə Premyer Liqasında XXVIII tura start verilib.

QAZILER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, ilk oyun günündə beş matç baş tutub. "Mançester Yunayted" doğma meydanda "Everton"u 2:0 hesabı ilə məğlub edib. Hər iki qol penaltidən vurulub. Bruno Fernandeş 12-ci, Markus Reşford isə 36-cı dəqiqədə fərqlənib.

Digər maraqlı oyunda “Arsenal” və “Brentford” komandaları üz-üzə gəliblər. Qarşılaşma London təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

“Arsenal”dan Deklan Rays və Kay Haverts, qonaqlardan isə Yoane Vissa fərqləniblər.

Günün digər oyunlarında “Vulverhempton” “Fulhem”ə 2:1 hesabı ilə qalib gəlib. “Bournmut” – “Şeffild Yunayted”lə 2:2, “Kristal Pelas” isə evdə “Luton”la 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 64-ə çatdıran “Arsenal” liderliyə yüksəlib. “Mançester Yunayted” isə 47 xalla altıncı pillədə qərarlaşıb.

Diaspora