“Artıq dördüncü dəfədir Bakıda keçirilən Dünya Kubokunda iştirak edirəm”.
QAZİLER.AZ AZƏRTAC-a istiaən verdiyi xəbərə görə, bunu açıqlamasında Bakıda keçirilən Dünya Kubokunda döşəmə hərəkətlərində bürünc medal qazanan filippinli gimnast Karlos Adriel Yulo deyib.
O, bu cür turnirlərin ona böyük təcrübə qazandırdığını bildirib: “Bürünc medal qazansam da, çox xoşbəxtəm. Əsas odur ki, heç bir zədə almadan turniri başa vurdum. Ölkəmi bu yarışda təmsil etdiyim üçün sevincliyəm”.
K.Yulo Azərbaycanı bəyəndiyini də söyləyib: “Yarışların təşkil olunduğu Milli Gimnastika Arenası, eləcə də paytaxt Bakı şəhəri çox möhtəşəmdir. Burada bizə yaradılan şəraitdən tam razı qaldım”.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 67 ölkədən ümumilikdə 300-dək kişi və qadın gimnast qüvvəsini sınayır.