Əminliklə bildirdi: Alonso növbəti mövsümdə...

Əminliklə bildirdi: Alonso növbəti mövsümdə... backend

"Bayer”in keçmiş direktoru Rayner Kalmund baş məşqçi Xabi Alonsonun gələcək karyerası haqda danışıb.

QAZILER.AZ  Publika.az-a istinaden  xəbər verir ki, Rayner Alonsonun növbəti mövsümdə də Leverkuzendə olacağını bildirib.

“Çox şey yazırlar, amma hər şeyə inanmaq lazım deyil. Alonsonun növbəti mövsümdə də Leverkuzendə baş məşqçi olacağına inanıram.

O, futbolçu karyerası ərzində hər şeyi, o cümlədən “Real”la Çempionlar Liqasını qazanıb. Ançelotti Madrid klubu ilə müqaviləsini uzadıb. Deməli, indi heç bir risk yoxdur.

Xabinin agenti olsaydım, çətin ki, Kloppun varisi kimi “Liverpul”a keçməsini tövsiyə edərdim. Mən daha bir-iki il “Bayer”də qalmağı və sonra bəlkə də Ançelottini əvəz etməyi məsləhət görərdim”, - AS Kalmunddan sitat gətirib.

Diaspora