“Qarabağ“da ŞOK: Reynaldonun dizinə su yığılıb

“Qarabağ“da ŞOK: Reynaldonun dizinə su yığılıb backend

“Qarabağ” hücumçusu Reynaldo Silvanın xidmətindən məhrum qalıb. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun apasport.az saytına verdiyi məlumata görə, braziliyalı forvard bir müddət komandaya kömək edə bilməyəcək.


Avropa Liqasının qrup mərhələsində oktyabrın 1-də “Anderlext”lə keçirilən qarşılaşmada dizindən xəsarət alan Reynaldonun bu üzdən mövsümü qapadığı da bildirilir.

Lakin İbrahimov “sambaçı”nın durumuna hələ aydınlıq gəlmədiyini söyləyib: “Reynaldonun dizinə su yığılıb. Futbolçu MRT-dən keçib və rentgenin nəticəsi Almaniyaya göndərilib. Bu axşam ordan zədə ilə bağlı konkret cavab gələcək. Yalnız ondan sonra zədənin ciddiyyəti və Reynaldonun nə zaman yaşıl meydanlara qayıdacağı barədə dəqiq məlumat verə bilərik”.

Reynaldodan başqa Ağdam klubunun digər zədəli futbolçusu Cavid Tağıyev isə fərdi məşqlərə başlayıb. Lakin gənc yarımmüdafiəçi daha bir neçə matçda məşqçilər korpusunun ixtiyarında olmayacaq.
Diaspora