A seriyasında münaqişə: meydana çıxmaqdan imtina etdi

A seriyasında münaqişə: meydana çıxmaqdan imtina etdi backend

“Salernitana” A Seriyasının 27-ci turu çərçivəsində səfərdə “Udineze” ilə bərabərə qalıb (1:1).

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, “Salernitana”nın hücumçusu Boulaye Dia matçın sonunda meydana çıxmaqdan imtina edib.

Baş məşqçi Fabio Liverani Dianı normal vaxtın bitməsinə 8 dəqiqə qalmış meydançaya buraxmaq istəsə də, seneqallı hücumçu bundan imtina edib.

Jurnalist Fabritsio Romanonun dediyinə görə, “Salernitana” avqustda onu “Vulverhempton”a satmaqdan imtina etdiyi üçün Dia ötən payızdan rəhbərliklə pis münasibətdədir.

Ötən mövsüm Dia İtaliya liqasında 33 matçda 16 qol vuraraq komandasının bombardiri olub. Bu mövsüm onun 17 matçda cəmi 4 qolu var.

 

 

Diaspora