Qarabağ”ın “Bayer”lə ev oyununa bu qədər bilet satıldı

Qarabağ”ın “Bayer”lə ev oyununa bu qədər bilet satıldı backend

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyuna 27000 bilet satılıb.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bilet satışı hələ də davam edir. Məhdud sayda biletləri “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılır.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” görüşü saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə olacaq.

 

 

 

Diaspora