Yüngül çəkili keçmiş UFC çempionu Həbib Nurməhəmmədov UFC-nin aprelin 14-də keçirilməsi planlaşdırılan UFC 300 yubiley turnirində iştirakının mümkünlüyünü müzakirə etmək təklifinə mənfi cavab verdiyini bildirib.
Qaziler.az bu barədə “Çempionat.com”a istinadla bildirir.
"UFC mənim UFC 300-də iştirakımla bağlı Əli Əbdül-Əzizlə əlaqə saxlayıb. Amma mən Əliyə dedim ki, iştirakımla bağlı hər hansı döyüşə görə məni bir daha narahat etməsinlər", - Həbib” MMAJunkie” ilə müsahibəsində deyib.
Xatırladaq ki, Həbib Nurməhəmmədov sonuncu döyüşünü oktyabrın 24-də UFC 254 turnirində keçirib. Onun Castin Qetci ilə döyüşü turnirin əsas hadisəsi olub. Döyüş ikinci raundda Həbib Nurməhəmmədovun erkən qələbəsi ilə başa çatıb. Nəticələr açıqlandıqdan sonra Həbib peşəkar karyerasını tərk etdiyini bildirib.
QAZİLER.AZ