Gənclər və idman naziri Azad Rəhimov Macarıstana rəsmi səfər edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, A. Rəhimov bu gün Macarıstanın paytaxtı Budapeştdə I Avropa Oyunlarının təqdimat mərasimində iştirak edəcək.
A. Rəhimov görülən işlər, oyunlara hazırlıq prosesi haqda məlumatlar verəcək.I Avropa Oyunlarının Budapeşt şəhərində təqdimatı çərçivəsində Azərbaycanın mədəniyyətini, tarixini və adətlərini, I Avropa Oyunlarına hazırlıq çərçivəsində görülən işləri özündə əks etdirən videoçarx nümayiş olunacaq.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
