Rusiyada hakim oyun zamanı futbolçunu vurub - VİDEO

Rusiyada hakim oyun zamanı futbolçunu vurub - VİDEO backend

Rusiyanın Yekaterinburq şəhərində mini-futbol üzrə şəhər liqasının oyunu zamanı hakim komandalardan birinin oyunçusu ilə dava edib.

Qaziler.az bildirir ki, video Ekaterinburq 5x5 həvəskarlar liqasının VKontakte səhifəsində yayımlanıb.

Münaqişə “Uralximmaş” və “Pamir” komandaları arasında keçirilən oyunda baş verib. Hakim “Uralximmaş”ın futbolçusuna sarı vərəqə göstərsə də, futbolçu hakimin qərarı ilə razılaşmayaraq onunla mübahisə edib. Sonra hakim oyunçunu meydandan qovub, lakin Uralximmaş oyunçusu hakimin qərarından narazılığını ifadə etməyə davam edib.

Daha sonra hakim futbolçunun üzünə yumruq vurub. Hadisə nəticəsində həm futbolçu, həm də hakim mövsümün sonuna qədər diskvalifikasiya olunub.

QAZİLER.AZ

Diaspora