Messinin fanatlarına nalayiq hərəkət edən Ronaldonu hansı cəza gözləyir? - VİDEO

Messinin fanatlarına nalayiq hərəkət edən Ronaldonu hansı cəza gözləyir? - VİDEO backend

Səudiyyə Ərəbistanının və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo argentinalı hücumçu Lionel Messinin fanatlarına qarşı nalayiq jestinə görə cərimə və iki oyunluq diskvalifikasiya ilə üzləşib.

Qaziler.az xəbər verir ki, bu barədə “Al Riyadhiah” məlumat yayıb.

Beş dəfə “Qızıl top”un sahibinə tətbiq edilə biləcək pul cəzalarının məbləği barədə isə məlumat verilməyib.

39 yaşlı forvardla insident Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunun "Əl-Şəbab"la oyunundan sonra baş verib. Qarşılaşma başa çatdıqdan sonra rəqib komandanın azarkeşləri tribunalarda “Messi, Messi!” şüarları səsləndirməyə başlayıblar. Buna cavab olaraq portuqaliyalı futbolçu nalayiq hərəkət göstərib.

QAZİLER.AZ

Diaspora